16 Sentyabr 2025, 19:10
FUTBOL
"İnter" və "Milan" əfsanəvi "San-Siro" stadionunun alınması ilə bağlı Milanın yerli hakimiyyət orqanları ilə razılığa gəliblər.
Matc.az xəbər verir ki, bu barədə şəhərin meri Cüzeppe Sala açıqlamam verib.
"Hər şey plan üzrə getsə, sabah biz şəhər meriyasının iclasına "San-Siro"nun satışı ilə bağlı qətnamə təqdim edəcəyik. Çünki əslində biz klublarla razılığa gəlmişik. Stadion 2031-ci ilə qədər hazır olmalıdır, əks halda UEFA Milanı AVRO-2032-yə ev sahibliyi edən şəhər hesab etməyəcək", - Sala bildirib.
Stadionu və onun ətrafını aldıqdan sonra "İnter" və "Milan"ın yaxınlıqda yeni arenanın tikintisinə başlayacağı, bundan sonra "San-Siro"nun söküləcəyi gözlənilir.