Lissabon təmsilçisi portuqaliyalı mütəxəssislə yollarını ayırıb.

UEFA Çempionlar Liqası Liqa mərhələsinin I turunda "Qarabağ"a məğlub olan "Benfika" baş məşqçi Bruno Laje ilə bağlı qərar verib.

Matc.az xəbər verir ki, Lissabon təmsilçisi portuqaliyalı mütəxəssislə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

49 yaşlı çalışdırıcı ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Bruno Laje 2024-cü ilin may ayında "Benfika"nın baş məşqçisi postuna təyin olunmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest