Azərbaycan Premyer Liqasının V turunun “Sumqayıt” – “Neftçi” oyunundan (0:2) sonra meydan sahibi komandanın baş məşqçisi Saşa İliç jurnalistlərin suallarını cavablandırdı.

Matc.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– “Neftçi”ni təbrik edirəm. Maraqlı oyun keçdi. Fürsətlərdən istifadə edə bilmədik. Yersiz qol buraxdıq. Ancaq bu futboldur, belə şeylər olur.

– Futbolçu kimi “Neftçi”yə qarşı 4 oyun keçirmişdiz. Bu gün isə məşqçi kimi onlara rəqib oldunuz…

– Həmin oyunları xatırlayıram. Həmin matçlarda hisslər fərqli idi, futbolçuydum. “Neftçi” Azərbaycanın böyük klublarındandır.

– Son iki oyunda eniş hiss edilir. Bunu görürsünüz və səbəbi nədir?

– Belə düşünmürəm. Bəzi səhvlərimiz oldu. Qolları buna görə buraxdıq. Bu gün “Neftçi”dən daha yaxşı oynadıq.

– Ən çox təəssüfləndiyiniz an hansı oldu?

– Bir neçə epizod oldu. 3 yaxşı qol epizodumuz var idi, amma dəyərləndirə bilmədik. Əvəzində çoxlu səhvlər buraxdıq. Təəssüfedici məqam budur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest