"Liverpul"un ulduz hücumçusu Məhəmməd Salah "Mançester Yunayted"in əfsanəvi keçmiş yarımmüdafiəçisi Devid Bekhemi qabaqlayaraq Premyer Liqa tarixinin ən yaxşı assistentləri "onluğ"una daxil olub.

Matc.az xəbər verir ki, bu barədə Premyer Liqanın mətbuat xidməti məlumat yayıb.

Premyer Liqanın 5-ci turunda "Liverpul" "Everton"u 2:1 hesabı ilə məğlub edib. Salah 10-cu dəqiqədə Rayan Qravenberqə məhsuldar ötürmə edib.

Bu assist Salahın Premyer Liqa karyerasında 89-cu olub və o, Bekhemi geridə qoyub. Salah hazırda keçmiş komanda yoldaşı Ceyms Milnerlə 9-10-cu yerləri bölüşür. Siyahıya 162 məhsuldar ötürmə ilə "Mançester Yunayted"in əfsanəsi Rayan Giqqz liderlik edir.

Ümumilikdə Salah karyerası ərzində Premyer Liqada 306 oyun keçirib və 188 qol vurub ki, bu da onu Liqa tarixində ən çox qol vuran dördüncü futbolçu edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest