“Neftçi” Misli Premyer Liqasının 5-ci turunda qarşılaşacağı “Sumqayıt” klubu ilə matçın hazırlığını başa vurub.

Matc.az xəbər verir ki, “ağ-qaralar” “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıb.

3 matçlıq cəza səbəbindən ötən tur “Sabah”la görüşü buraxan İqor Ribeyro bu dəfə də komandaya kömək edə bilməyəcək.

Qeyd edək ki, bu gün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək “Sumqayıt” – “Neftçi” oyunu saat 19:30-da başlanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest