"İmişli"nin braziliyalı müdafiəçisi Dioqo Rollo Misli Premyer Liqasının 5-ci turunun "Karvan"la səfər oyunundan sonra Matc.az saytına müsahibə verib:

- Qələbə qazandınız. Bu oyun haqqında fikirlərin necədir?

- Fikirlərim tamamilə müsbətdir. Bu oyuna çox yaxşı hazırlaşmışdıq, nəticədən də məmnunuq. 3:0 hesablı qələbə bizi sevindirir. Komanda yaxşı oynadı.

- Əvvəlki matçda da qələbə qazanmışdınız, amma daha sonra məlum səbəbə görə texniki məğlubiyyət qeydə alındı. Bu haldan sonra "Karvan"la oyuna psixoloji cəhətdən necə hazırlaşdınız?

- Psixoloji cəhətdən oyuna yaxşı hazırlaşdıq. Çünki biz indiyə qədər meydanda 10 xal qazanmışıq, amma federasiyanın qərarına görə 7 xalımız var. Yəni biz bilirik ki, əslində biz meydanda 10 xal qazanmışıq. Bu, bizim yaddaşımızda və motivasiyamızda qalır, oyunumuza təsir etmir.

- Premyer Liqanın əvvəlində ev oyunlarını Şamaxıda keçirirdiniz, artıq ötən həftədən etibarən isə Qubada oynayırsınız. Necə düşünürsən, bu vəziyyət sizin üçün çətindir?

- Yox, mənim üçün fərqi yoxdur, bu, texniki məsələdir. Amma düzünü desəm, İmişlidə yerli azarkeşlərin qarşısında oynamağı təbii ki, daha çox istərdim.

- Fərdi və klub olaraq bu mövsüm üçün məqsəd və hədəfləriniz nələrdir?

- Bilirik ki, "İmişli" I Liqadan gəlib. Mənim şəxsi məqsədim də, komandanın məqsədi də hər oyunda mübarizə aparmaq və mümkün qədər daha çox qələbə qazanmaqdır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest