"Bizim üçün əsas qələbə qazanmaqdı". Matc.az saytı xəbər verir ki, bu sözlər Slovakiya yığmasının kapitanı Marek Hamşikə məxsusdu.

32 yaşlı yarımmüdafiəçi AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilə sabah keçiriləcək oyun haqda fikirlərini bildirib. O, meydana qələbə üçün çıxacaqlarını vurğulayıb: "Hesabın 4:3 və ya 3:2 olmasının önəmi yoxdu. Təbii ki, qol buraxmadan qalib gəlmək daha yaxşı olardı".

- Bura kifayət qədər slovakiyalı azarkeş gəlib. Şəhərdə bunu hiss edirsinizmi?

- Əlbəttə ki, bir neçə azarkeşin burda olduğunu bilirik. Gözləyək, görək sabah neçə azarkeş olacaq. Azərbaycan - Macarıstan oyununu da izləmişik. Həmin matçda da xeyli macar azarkeş qonaq komandanı dəstəkləyirdi.

- Bir neçə ay ekzotik ölkədə çıxış etmisiniz. Azərbaycan da avropalılar üçün ekzotik ölkə sayıla bilər. Rəqibi necə görürsünüz?

- Azərbaycan gözəl ölkə, Bakı gözəl şəhərdi, Avropa Liqasının finalını qəbul edib. Biz də dünən məşqimizi Bakı Olimpiya Stadionunda keçmişik. İndiyə qədər Azərbaycanla qarşılaşmamışam. Baş məşqçi ilə birlikdə rəqib haqda ətraflı məlumat əldə etmişik. Azərbaycanın qrupda hələ xal qazana bilməməsi bizim işimizi daha da çətinləşdirəcək.

- Sabah xal itkisini faciə kimi qəbul edəcəksiniz?

- Həyatda pis hadisə də baş verə bilər. Bura uduzmaq üçün gəlməmişik. Sabah hücum futbolu oynayacağıq. Qələbə qazanmaq istəyirik. Bunun üçün də əlimizdən gələni edəcəyik.

- 18 il əvvəl Slovakiya burda məğlub olub. Eyni hadisənin təkrarlanarsa, hansı hissləri keçirəcəksiniz. Və sabah hücum futbolu sərgiləməyinizin oyunun axarına nə kimi təsiri olacaq?

- ümid edirəm ki, bu hal təkrarlanmayacaq. Hər iki komandanın hücum futbolu göstərməsi maraqlı oyun ortaya çıxara bilər. Sabah pressinq göstərməli və aqressiv olmalıyıq. Keyfiyyətli oyunçularımızın sayəsində nəticəyə təsir göstərməyə çalışacağıq.

- Sabah uğurlu olmaq üçün nə etməlisiniz və hansı səhvlərdən özünüzü sığortalamalısınız?

- Rəqibin topa sahib olmasının qarşısını almalıyıq. Rəqibin təkbətək epizodlarda yaxşı oyunçuları var. İordaniya ilə qarşılaşmada belə çıxışın nəticəsini gördük. Sabah da hücuma keçiddə sürətli olmalıyıq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest