"Komanda yoldaşlarımla gücümüzü birləşdirsək yaxşı işlər görə bilərik".
Vensan Abubakar Misli Premyer Liqasının IX turunda "Neftçi"nin "Qəbələ" üzərində qalibiyyətindən (2:0) sonra "ağ-qaralar"ın mətbuat xidmətinə açıqlama verib.
Matc.az xəbər verir ki, kamerunlu hücumçu "Neftçi" camiəsinin və azarkeşlərin onu Bakıda çox yaxşı qarşıladıqlarını bildirib:
"İlk öncə komanda yoldaşlarıma təşəkkür etmək istəyirəm. Onlar Bakıya gəldiyim ilk gündən bu yana mənə çox isti münasibət bəsləyirlər. Gəldiyimdə məni öz ailə üzvləri kimi qarşıladılar. Bu hal futbolçunun yüksək motivasiyası üçün önəmlidir. "Neftçi"yə faydalı olmaq üçün gəlmişəm. Komanda yoldaşlarımla gücümüzü birləşdirsək yaxşı işlər görə bilərik".
Qeyd edək ki, Abubakar "Qəbələ" ilə debüt matçında 1 qol və 1 assistlə yadda qalaraq qələbədə əsas pay sahib olub.












