"Birinci hissədə də bu cür oynasaydıq, nəticə başqa cür olardı".

"Sumqayıt" Misli Premyer Liqasının 9-cu turunda səfərdə "Zirə"yə 0:1 hesabı ilə məğlub olub.

Matc.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Saşa İliç oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- "Zirə" çox çətin rəqibdir. Birinci hissədə, xüsusilə də ilk 25 dəqiqədə niyə zəif oynadığımızı başa düşmədim. Amma ikinci yarıda biz daha üstün idik. Birinci hissədə də bu cür oynasaydıq, nəticə başqa cür olardı.

- Hakim idarəçiliyindən razı qaldız?

- Mən heç vaxt hakimlik barədə düşünmürəm. Bu, mənə aid sual deyil.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest