"Liverpul" klubunun idarə heyəti gələcəkdə Məhəmməd Salahı əvəz edə biləcək oyunçu axtarışına başlayıb.

Matc.az xəbər verir ki, bu barədə "Transfer News Live" məlumat yayıb.

Bildirilir ki, Qambiya millisinin 21 yaşlı oyunçusu Yakuba Minte, cari mövsümün sonuna qədər oyunlarını diqqətlə izləməyi planlaşdıran "qırmızılar"ın skautlarında güclü təəssürat yaradıb.

Lakin istedadlı cinah oyunçusunu əldə etmək asan olmayacaq. "Brayton" yalnız yüksək məbləğdə transferi nəzərdən keçirməyə hazırdır.

Mintenin start qiymətinin 100 milyon funt-sterlinqi keçə biləcəyi bildirilir.

Qeyd edək ki, Yankuba Minte bu mövsüm "Brayton"da 10 oyunda iştirak edib, bir qol vurub və iki məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest