"Barselona" 18 yaşlı hücumçu Lamin Yamalın bu mövsüm aldığı qasıq zədəsinin xroniki hala gələ biləcəyindən narahatdır.

Matc.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.

Bildirilir ki, "Barselona"nın keçmiş oyunçusu Lionel Messi daha gənc yaşlarında oxşar zədə alıb, lakin o, sağalmağı bacarıb.

Əvvəllər mediada Yamalın narahatlıq davam edərsə, əməliyyat oluna biləcəyi bildirilirdi.

Qeyd edək ki, bu mövsüm Yamal bütün yarışlarda 8 oyunda meydana çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2031-ci ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 200 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest