"Əl-İttihad"ın yarımmüdafiəçisi Nqolo Kante "Paris"in maraq dairəsinə düşüb.

Matc.az xəbər verir ki, bu barədə "Foot Mercato" məlumat yayıb.

34 yaşlı fransız futbolçunun Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsi 30 iyun 2026-cı ilə qədər olduğundan, transfer azad agent kimi baş tuta bilər. Hazırda tərəflər müqavilənin uzadılması barədə razılığa gəlməyiblər.

Qeyd edək ki, bu mövsüm o, 10 oyunda iştirak edib və bir qol vurub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest