01 Noyabr 2025, 22:27
FUTBOL
"Genoa"nın keçmiş hücumçusu Mario Balotelli baş məşqçi Patrik Vieyranın istefaya göndərilməsi ilə bağlı şərh yazıb.
Matc.az xəbər verir ki, o, sosial media hesabında paylaşım edib.
"Tanrı hər şeyi görür və hər şeyin qayğısına qalır", - deyə Balotelli paylaşım edib.
35 yaşlı futbolçu ötən mövsüm "Genoa"da oynayıb, lakin çox az oyun vaxtı alıb. Cəmi 6 oyunda meydana çıxıb və ümumilikdə 56 dəqiqə oynayıb.
Balotellinin "Nitsa"da birlikdə oynadıqları vaxtdan bəri Vieyra ilə münasibətləri pis olub. 2008-ci ildən 2011-ci ilə qədər onlar əvvəlcə "İnter", daha sonra isə "Mançester Siti"də komanda yoldaşı olublar.
Qeyd edək ki, ötən yay Balotelli "Genoa"dan azad agent kimi ayrılıb və hələ də yeni klub axtarır.












