05 Noyabr 2025, 13:55
ÇEMPİONLAR LİQASI
Bu gecə bütün stansiyalar saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.
“Bakı Metropoliteni” QSC bu axşam “Qarabağ”ın UEFA Çempionlar Liqasında “Çelsi” ilə oyununa görə iş rejimində dəyişiklik edəcək.
Matc.az xəbər verir ki, qurum oyuna olan azarkeş marağını nəzərə alaraq iş saatını uzadıb. Bu gecə bütün stansiyalar saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.
Həmçinin, “Gənclik”, “Nərimanov” və “28 May” stansiyalarında nəzarət mexanizmləri gücləndiriləcək, əlavə işçi qüvvəsi və növbətçilik cədvəli tətbiq olunacaq.
Ehtiyat qatarlar zərurət yaranacağı təqdirdə xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq.
Oyun saat 21:45-də start götürəcək.










_1762343284.jpg)

