05 Noyabr 2025, 12:51
FUTBOL
Fatih Terim Çexiya milli komandasının baş məşqçisi postuna təyin oluna bilər.
Matc.az xəbər verir ki, bu barədə Çexiya mətbuatı məlumat yayıb.
Türkiyəli mütəxəssislə müqavilənin bütün şərtlərinin razılaşdırıldığı bildirilir. 72 yaşlı məşqçinin təyinatının yaxın zamanda rəsmiləşəcəyi gözlənilir.
Qeyd edək ki, Fatih Terimin son iş yeri Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Şəbab" olub.




_1762351323.jpg)




_1762343284.jpg)


