05 Noyabr 2025, 11:51
ÇEMPİONLAR LİQASI
"Arsenal"ın futbolçusu Maks Douman UEFA Çempionlar Liqasının tarixinə düşüb.
Matc.az xəbər verir ki, ingiltərəli vinger qitənin ən nüfuzlu klub turnirində meydana çıxan ən gənc oyunçu olub.
Douman ötən gün Liqa mərhələsinin IV turunun "Slaviya" ilə matçının 73-cü dəqiqəsində Leandro Trossardın əvəzinə oyuna girib. Gənc oyunçu 15 yaş 308 günündə Çempionlar Liqasında debüt edib.
Bundan əvvəlki rekord Yussufa Mukokoya aid idi. Almaniyalı hücumçu 16 yaş 18 günündə turnirdə ilk oyununa çıxmışdı.

_1762351323.jpg)









_1692637766.png)
_1762338149.jpg)