07 Noyabr 2025, 13:15
FUTBOL
"Kristal Pelas"ın müdafiəçisi Daniel Munyos karyerasını Fransada davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.
PSJ kolumbiyalı futbolçunu transfer etmək istəyir. Paris təmsilçisi 29 yaşlı sağ cinah müdafiəçisini yanvar ayında heyətinə qatmağa çalışacaq.
Qeyd edək ki, Daniel Munyos bu mövsüm "Kristaal Pelas"ın heyətində keçirdiyi 18 oyunda 2 qol vurub, 2 qol ötürməsi edib. Onun İngiltərə klubu ilə müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.












