"Mançester Yunayted"in futbolçusu Ceydon Sanço yenidən Almaniyada çıxış edə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Football Insider" məlumaat yayıb.

"Borussiya" icarə əsasında "Aston Villa"da çıxış edən ingiltərəli vingerin xidmətində maraqlıdır. Sançonun "Mançester Yunayted"lə müqaviləsi yayda başa çatır. Dortmund təmsilçisi bunu nəzərə alaraq azad agent statusunda olacaq 25 yaşlı oyunçunu rənglərinə bağlamağa çalışacaq.

Qeyd edək ki, Ceydon Sanço 2017-2021 və 2024-cü ildə "Borussiya"nın formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest