06 Noyabr 2025, 17:50
FUTBOL
Mövsümün sonunda "Bavariya" ilə müqaviləsi başa çatan Dayo Upamekano karyerasını İspaniya La Liqasında davam etdirməyə yaxındır.
Matc.az xəbər verir ki, bu barədə "Foot Mercato" nəşri məlumat yayıb.
Madrid təmsilçisi artıq franslı mərkəz müdafiəçisi ilə şifahi razılıq əldə edib. 27 yaşlı futbolçunun yayda "Real"la müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, Dayo Upamekano bu mövsüm "Bavariya"nın heyətində keçirdiyi 19 oyunda 1 qol ötürməsi edib.












