09 Noyabr 2025, 11:34
FUTBOL
Niderland Erediviziyasında XII turun oyunları keçirilir.
Matc.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ozancan Kökçünün çıxış etdiyi "Volendam" "Breda"nı qəbul edib.
Meydan sahibləri 2:1 hesabı ilə qələbə qazandığı qarşılaşmada Kökçü meydana 69-cu dəqiqədə - hesab 1:1 olarkən çıxıb.
Qeyd edək ki, bu nəticədən sonra "Volendam" turnir cədvəlində 14 xalla 13-cü pillədə qərarlaşıb.












