08 Noyabr 2025, 10:42
FUTBOL
Kiyev "Dinamo"sunun 20 yaşlı mərkəz müdafiəçisi Taras Mixavko Türkiyənin "Trabzonspor" klubunun marağına səbəb olub.
Matc.az xəbər verir ki, bu barədə "yomrasonhaber" məlumat yayıb.
"Trabzonspor"un onu Arsen Bataqovun əvəzedicisi kimi nəzərdən keçirdiyi bildirilir.
Ukrayna klubu Mixavko üçün ən azı 8 milyon avro istəyir.
Qeyd edək ki, bu mövsüm Mixavko "Dinamo"da bütün yarışlarda 21 oyun keçirib, bir qol vurub və bir məhsuldar ötürmə edib.












