2019-20 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçu ilə müqavilə bağlayıb. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "kimyaçılar" son mövsümü "Sabah"da keçirən Elgün Nəbiyevi heyətinə cəlb edib.

Bir illik icarə əsasında "Sumqayıt"da çıxış edəcək 23 yaşlı futbolçu 11 nömrəli formanı geyinəcək. Elgün Nəbiyev "Sabah"la yanaşı (25 oyun, 1 qol) "Zirə"nin də (4 oyun) uğurları üçün çalışıb.

Qeyd edək ki, "Sumqayıt" Nəbiyevə qədər Vüqar Mustafayev, Amil Yunanov və Sərtan Taşqını heyətinə qatmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest