02 Dekabr 2025, 11:11
FUTBOL
"Uotford"un futbolçusu Rokko Vata karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur məlumat yayıb.
"Qalatasaray" irlandiyalı vingeri transfer etmək istəyir. İstanbul nəhəngi yanvar ayında 20 yaşlı oyunçu üçün İngiltərə klubu ilə danışıqlar aparacaq.
Gənc futbolçu ilə "Kristal Pelas", "Ayntraxt" və "Fulhem" də yaxından maraqlanır.
Qeyd edək ki, Rokko Vata bu mövsüm "Uotford"un heyətində keçirdiyi 10 oyunda 2 qol vurub, 2 qol ötürməsi edib.












