11 Mart 2026, 17:58
FUTBOL
I Liqada çıxış edən "Mingəçevir" komandasının baş məşqçi Ramiz Məmmədovla bağlı verdiyi apellyasiya şikayəti təmin olunub.
Matc.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Apellyasiya Arbitraj Tribunalı bu barədə qərar qəbul edib.
Mütəxəssisin dörd oyunluq cəzasının biri İntizam Məcəlləsinin 19-cu maddəsinə uyğun olaraq təxirə salınıb. R.Məmmədova 6 aylıq sınaq müddəti təyin edilib.
Xatırladaq ki, Ramiz Məmmədov XV turda "Şəfa"ya qarşı keçirdikləri matçın 45-ci dəqiqəsində hakimi təhqir etdiyi üçün 4 oyunluq diskvalifikasiya edilib, klub 3 000 manat cərimələnib.












