"Məqsədimin nə olduğunu bilirsiniz. Daha çox kubok qazanmaq və hamınızın bildiyi rəqəmə çatmaq istəyirəm".

Kriştiano Ronaldo 1000 qol rekorduna çatmaq ehtimalı ilə bağlı şərh verib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı Fabrisio Romano paylaşıb.

"Oynamağa davam etmək çətindir, amma oyuna olan ehtirasım daha da güclüdür. Davam etmək üçün hələ də çox motivasiyalıyam. Harada oynamağımın fərqi yoxdur - Yaxın Şərqdə və ya Avropada. Həmişə futbol oynamaqdan, qalib gəlməkdən, qol vurmaqdan zövq alıram və davam etmək istəyirəm. Məqsədimin nə olduğunu bilirsiniz. Daha çox kubok qazanmaq və hamınızın bildiyi rəqəmə çatmaq istəyirəm. Mütləq bu rəqəmə çatacağam", - deyə portuqaliyalı futbolçu bildirib.

Qeyd edək ki, Ronaldo artıq 956 qol vurub. O, "Əl-Nəsr" üçün 100-dən çox qol vuran yeganə oyunçudur.

Bu mövsüm Ronaldo Səudiyyə Ərəbistanı Premyer Liqasında 13 oyun keçirib, 11 qol vurub və 3 məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest