29 Dekabr 2025, 14:31
DİGƏR
Ümumdünya Antidopinq Agentliyinin (WADA) 2026-cı il üçün açıqladığı qadağan edilmiş maddələrin siyahısı 1 yanvar 2026-cı il tarixindən qüvvəyə minəcək.
Matc.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) məlumat yayıb.
Siyahı AMADA tərəfindən Azərbaycan dilinə tərcümə olunub.
Qadağan edilmiş maddələrin siyahısı ilə yanaşı, əsas dəyişikliklərin xülasəsi və monitorinq proqramı da tərcümə edilərək AMADA-nın rəsmi internet səhifəsində yerləşdirilib.
Siyahı üç hissədən - hər zaman qadağan edilmiş maddələr və üsullar, yarış müddətində qadağan edilmiş maddələr və üsullar və müəyyən idman növlərində qadağan edilmiş maddələrdən ibarətdir.












