"Real"la müqaviləsi mövsümün sonunda başa çatan Antonio Rüdiger İngiltərəyə qayıda bilər.

Matc.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

"Çelsi" sabiq müdafiəçisinui qaytarmaq istəyir. Səudiyyə Ərəbistanından sərfəli təkliflər alan almaniyalı futbolçu özü də İngiltərə Premyer Liqasında oynamağa isti yanaşır.

Qeyd edək ki, Rüdiger bu mövsüm "Real"ın heyətində 12 oyunda meydana çıxıb. 32 yaşlı mərkəz müdafiəçisi 2017-2022-ci illərdə "Çelsi"də çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest