30 Dekabr 2025, 09:53
FUTBOL
“Ayntraxt” “Elversberq”dən hücumçu Yunes Ebnutalibi transfer edib.
Matc.az xəbər verir ki, bu barədə “qartallar”ın rəsmi saytı məlumat yayıb.
Frankfurt təmsilçisi almaniyalı forvardla 2031-ci ilin iyun ayınadək nəzərdə tutulan müqavilə imzalayıb. 22 yaşlı futbolçu gələn il yanvarın 1-də yeni komandasına qoşulacaq.
Almaniya KİV-lərinin məlumatına görə, transferin məbləği 8 milyon avro təşkil edib. Əlavə olaraq 1 milyon avro bonuslar da nəzərdə tutulub.
Qeyd edək ki, Yunes Ebnutalib bu mövsüm II Bundesliqanın bombardiridir. O, 17 oyunda 12 qol vurub.



_1767091216.jpg)

_1767056538.jpg)






