"Qarşılıqlı razılıq əsasında yolları ayırdıq. Daim oynamaq istəsəm də, az şans qazanırdım".

Veysəl Rzayev az şans qazandığı üçün "Turan Tovuz"dan ayrılıb.

Matc.az xəbər verir ki, futbolçu bu barədə açıqlamasında deyib.

O, klubla yolları qarşılıqlı razılıq əsasında ayırdıqlarını vurğulayıb:

"Turan Tovuz"dan ayrılmağımın xüsusi səbəbi yoxdur. Qarşılıqlı razılıq əsasında yolları ayırdıq. Daim oynamaq istəsəm də, az şans qazanırdım".

Futbolçu "Kəpəz"lə anlaşdığını bildirib:

"Kəpəz"də bacardığım qədər şans qazanmağa və daim oynamağa çalışacağam. Bu klubda daha çox şans qazana bilərəm".

23 yaşlı yarımmüdafiəçi "Turan Tovuz"un fasiləyə qədəki matçlarını da dəyərləndirib:

"Turan Tovuz"un son oyunları haqqında yaxşı heç nə demək olmaz. Çünki komanda əlindən gələni etsə də, istənilən nəticəni qazana bilmir. Yəqin ki, daha çox çalışmaq, əziyyət çəkmək, səhvləri doğru dəyərləndirmək lazımdır".

Qeyd edək ki, V.Rzayev 2022/2023 mövsümündən "Turan Tovuz"un formasını geyinirdi. O, bu müddət ərzində Premyer Liqada meydana çıxdığı 79 oyunda 2 qolla yadda qalıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest