“Hayduk”un yarımmüdafiəçisi Niko Siqur karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Kanada millisinin üzvünün xidmətində “Vulverhempton” maraqlıdır. İngiltərə klubu 22 yaşlı oyunçunun mümkün transferi ilə bağlı artıq danışıqlara başlayıb.

Qeyd olunur ki, “canavarlar”la yanaşı, Avropanın TOP-5 liqasında çıxış edən digər klublar da Sigura maraq göstərir.

Sigur bu mövsüm "Hayduk"un heyətində 22 oyunda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest