"Liverpul" Messini qısa müddətlik icarəyə götürə bilər.

Matc.az xəbər verir ki, İngiltərənin klubu "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messini qısa müddətlik icarəyə götürmək variantını nəzərdən keçirir.

Hazırda Şimali Amerikada mövsümlərarası fasilə davam edir və yeni mövsüm yalnız bir ay yarımdan sonra başlayacaq. Bu səbəbdən MLS-də çıxış edən futbolçuların Premyer Liqaya mövsüm ortasında gələrək formasını qoruması halları daha əvvəl də baş verib. Buna Landon Donovan və Tyerri Anrinin nümunələrini göstərmək olar.

Növbəti yay keçiriləcək dünya çempionatına optimal formada hazırlaşmaq istəyən Lionel Messi də bu yolu seçə bilər. Məhz bu kontekstdə "Liverpul" 38 yaşlı argentinalını qısa müddətlik icarəyə götürməyi düşünən klublar arasındadır.

Bununla yanaşı, Messinin ideal variantı "Barselona"ya qayıtmaq olsa da, lakin katalon klubunun çətin maliyyə durumu bu seçimi mürəkkəbləşdirib. Beləliklə, mövcud durum alternativ seçimlərin, o cümlədən "Liverpul"un da gündəmdə qalmasına şərait yaradıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest