MLS klubu "Los-Angeles Qalaksi" "Mançester Yunited"in yarımmüdafiəçisi Kazemiro ilə müqavilə imzalamaqda maraqlıdır.

Matc.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Amerika klubu cari mövsümün sonunda "qırmızı şeytanlar"la müqaviləsi başa çatacaq 33 yaşlı braziliyalı ilə bağlı vəziyyəti diqqətlə izləyir.

"Mançester Yunited" mövsümün sonunda Kazemiro ilə yollarını ayırmağı planlaşdırır, çünki onun yaşı və yüksək maaşı var.

Qeyd edək ki, Karlos Enrike Kazemiro 2022-ci ildə təxminən 70 milyon avro müqabilində "Real"dan "Mançester Yunited"ə keçib. 33 yaşlı braziliyalı bu mövsüm 17 oyun keçirib, dörd qol vurub və bir məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest