İdman zamanı ətir istifadə etmək təkcə tər qoxusunu gizlətmək üçün deyil.
Nəyə diqqət etməli, hansılar uyğundur?
İdman zamanı ətir istifadə etmək təkcə tər qoxusunu gizlətmək üçün deyil. Düzgün seçilmiş ətir məşq zamanı özünü daha rahat və enerjili hiss etməyə kömək edə bilər. Amma burada əsas məsələ balansdır. Yanlış seçim həm sənə, həm də ətrafındakılara narahatlıq yarada bilər.
İdman üçün ətirlər nə ilə fərqlənir?
Mütəxəssislərin sözlərinə görə, idman üçün uyğun ətirlər adi gündəlik ətirlərdən bir neçə xüsusiyyətinə görə seçilir. Onlar adətən yüngül olur, ağır şirin və ya tünd notlar daşımır. Fresh, sitrus və akvatik notlar daha çox istifadə olunur. Bu tip ətirlər tər ilə qarışdıqda kəskin qoxu yaratmır və idman zamanı boğucu hiss vermir.
Eyni zamanda idman ətirləri tez hopur, dəridə ağırlıq yaratmır və qapalı məkanda ətrafdakılara mane olmur.
Hansı idmanda hansı ətir uyğundur?
Fitnes və idman zalı
Qapalı məkan olduğu üçün burada yüngül və hiss olunmayan ətirlər tövsiyə olunur. 1–2 püskürtmə kifayətdir. Ağır və şirin qoxular məsləhət görülmür.
Uyğun ətirlər: "Chanel Allure Homme Sport", "Versace Man Eau Fraîche", "Adidas Pure Lightness"
Qaçış və kardio məşqləri
Açıq havada edilən idman növlərində təravət verən ətirlər daha uyğundur. Sitrus və dəniz notları nəfəsi yormur və uzunmüddətli hərəkətdə rahatlıq yaradır.
Uyğun ətirlər: "Davidoff Cool Water", "Calvin Klein CK One Summer", "Dolce & Gabbana Light Blue"
Komanda idmanları
Futbol, basketbol və tennis kimi idmanlarda balanslı ətirlər seçilməlidir. Qoxu nə çox zəif, nə də çox güclü olmalıdır.
Uyğun ətirlər: "Lacoste L.12.12 Blanc", "Tommy Hilfiger Tommy", "Hugo Boss Bottled Sport"
Yoga və sakit məşqlər
Bu idman növlərində ətir diqqəti yayındırmamalıdır. Yumşaq, təmiz və dəriyə yaxın aromalar daha məqsədəuyğundur.
Uyğun ətirlər: "Byredo Blanche", "Clinique Happy Heart"
İdman zamanı ətir istifadə edərkən nələri unutmaq olmaz?
Mütəxəssislər idman zamanı ətirin normadan artıq istifadəsini tövsiyə etmirlər. Ətir yalnız təmiz dəriyə vurulmalı, paltar üzərinə tətbiq edilməməlidir. Qapalı və dolu zallarda isə bəzən ümumiyyətlə ətirdən istifadə etməmək daha düzgün seçim sayılır.
Qeyd edək ki, idman üçün uyğun fresh və yüngül ətirləri Dreamscent.az saytında baxıb seçmək mümkündür.








_1767903980.jpg)



