"Nottinqem Forest" hücumçusu Arnaud Kalimuendonu "Ayntraxt"a icarəyə verib.

Matc.az xəbər verir ki, bu barədə Frankfurt klubunun mətbuat xidməti məlumat yayıb.

İcarə müqaviləsi 2025/26 mövsümünün sonuna qədər qüvvədədir və transfer hüququ da mövcuddur.

Kalimuendo ingilis klubuna 2025-ci ilin yayında "Renn"dən 30 milyon avroya keçib. Bu müddət ərzində hücumçu bütün turnirlərdə 14 oyun keçirib və 2 qol vurub.

"Trasfermarkt" 23 yaşlı fransız futbolçunu 25 milyon avro dəyərində qiymətləndirir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest