FİFA 2026-cı il dünya çempionatında yarıavtomatlaşdırılmış ofsayd aşkarlama sisteminin dəqiqliyini və vizual keyfiyyətini artırmaq üçün hər bir futbolçunun rəqəmsal 3D skanlarını yaratmağı planlaşdırır.
Matc.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Prosedura bütün oyunçuları (1248) əhatə edəcək. Turnir öncəsi fotosessiyalar zamanı oyunçular skan etmək üçün xüsusi kameraya daxil olacaqlar ki, bu da cəmi bir saniyə davam edəcək.
FİFA qeyd edir ki, bu, "yüksək dəqiqlikli bədən ölçmələrini" çəkməyə imkan verəcək. Bu, hakimlərə sürətli hərəkətlər zamanı və ya izdiham içində oyunçuları daha etibarlı şəkildə izləməyə kömək edəcək.
Bu yeniliyin məqsədlərindən biri Premyer Liqanın 12-ci turunun "Nyukasl" – "Mançester Siti" matçında baş verən hadisəyə bənzər qrafik səhvlərin qarşısını almaqdır. Ofsayd aşkarlama sisteminin qrafiklərində Ruben Diasın tullanışı təsvir olunurdu ki, bu da faktiki televiziya görüntüsünə zidd idi. Dəqiq skanlar sayəsində FİFA son qərarların tamaşaçılar üçün "daha real və maraqlı" şəkildə göstəriləcəyinə söz verir.
Qeyd edək ki, ötən ay daha sürətli və daha aydın qərarlar qəbul etmək üçün 3D görüntüləmədən istifadə edəcək "Out of Bounds" texnologiyasının sınaqdan keçirildiyi bildirilmişdi.





_1767903980.jpg)






