"Ayaks"ın yarımmüdafiəçisi Kennet Teylor karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Latsio" Niderland millisinin üzvünün keçidini həll edib. Roma təmsilçisi bunun üçün oyunçunun klubuna 15+2 milyon avro təzminat ödəyəcək.

23 yaşlı yarımmüdafiəçi sabah tibbi müayinədən keçdikdən sonra paytaxt klubu ilə 4,5 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Kennet Teylor bu mövsüm "Ayaks"ın heyətində keçirdiyi 19 oyunda 2 qol vurub, 4 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest