“Liverpul” gənc istedadların skautinq bazarında fəaliyyətini davam etdirir.

Matc.az xəbər verir ki, İngiltərə nəhəngi seneqallı müdafiəçi Mora Ndiaye ilə müqavilə imzalanması barədə şifahi razılığa gəlib.

“Qırmızılar”ın rəhbərliyi bu qərarı Ndiayenin Qətərdə keçirilən son U-17 dünya çempionatında göstərdiyi oyunla skautları heyran etməsindən sonra qəbul edib. Bu transfer klubun gələcək ulduzların axtarışına yönəlmiş inkişaf strategiyasını bir daha ön plana çıxarır.

Qeyd edək ki, Ndiayenin transferi gənc futbolçuların cəlb olunması istiqamətində aparılan silsilə keçidlərin davamıdır. Belə ki, “Liverpul” ötən həftə Vyana “Austriya”sından İfeani Ndukveni transfer edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest