09 Yanvar 2026, 12:54
FUTBOL
"Oser"in yarımmüdafiəçisi Kevin Danua karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "HT Spor" məlumat yayıb.
"Qalatasaray" fransalı futbolçunu transfer etmək istəyir. İstanbul nəhəngi Fransa U-21 millisinin üzvü üçün onun klubuna təklif göndərməyi planlaşdırır.
Qeyd edək ki, Kevin Danua bu mövsüm "Oser"in heyətində keçirdiyi 17 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib.












