10 Yanvar 2026, 10:26
FUTBOL
"Porto" və "Ştutqart" "Barselona"nın yarımmüdafiəçisi Runi Barqini icarəyə götürmək istəyirlər.
Matc.az xəbər verir ki, bu barədə jurnalist Ekrem Konur məlumat yayıb.
Bardqinin 2025-ci ildə imzalanan müqaviləsi 2029-cu ilə qədər nəzərdə tutulub. İsveçli oyunçu "Barselona"ya Danimarkanın "Kopenhagen" klubundan keçib.
20 yaşlı futbolçu bu mövsüm klubun bütün yarışlarında 14 oyunda meydana çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə edib. "Transfermarkt"da Barqinin dəyəri 10 milyon avrodur.












