"Çelsi", "Tottenhem" və "Liverpul" "Komo"nun 21 yaşlı müdafiəçisi Yakobo Ramonu izləmək üçün skautlar göndəriblər.

Matc.az xəbər verir ki, bu barədə "Caught Offside" məlumat yayıb.

Bildirilir ki, oyunçunun dəyəri təxminən 18 milyon avro qiymətləndirilsə də, İngiltərə Premyer Liqası klubları üçün onun faktiki dəyəri xeyli yüksək ola bilər.

Lakin vəziyyətə Ramonun yetirməsi olduğu "Real" müdaxilə edə bilər. Madrid klubu müdafiəçini 8 milyon avroya geri almaq seçiminə malikdir. "Real" onun satışından əldə edilən mənfəətin 50%-ni alacaq.

Bu mövsüm Yakobo bütün yarışlarda 17 oyunda meydana çıxıb və 2 qol vurub. Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 18 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest