11 Yanvar 2026, 16:25
FUTBOL
"Kəpəz" qış fasiləsində ikinci transferini reallaşdırır.
Matc.az xəbər verir ki, "sarı-göylər" Gürcüstan U-21 millisinin sabiq müdafiəçisi Mate Abuladze ilə razılaşıb.
Gəncə klubu 25 yaşlı mərkəz müdafiəçisi ilə 1,5 illik müqavilə imzalayacaq.
"Samqurali" klubunun formasını geyinən Abuladze son mövsüm Gürcüstan çempionatının ən yaxşı mərkəz müdafiəçilərindən hesab edilir. Onun klubu ilə müqaviləsi cari ilin sonuna kimi nəzərdə tutulub.
Qeyd edək ki, "Kəpəz" qış transfer dönəmində ilk olaraq Veysəl Rzayevin keçidini rəsmiləşdirib.












