20 Yanvar 2026, 22:40
FUTBOL
"Volfsburq" Niderlandın NEK klubunun hücumçusu Kento Şioqayı heyətinə qatıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 20 yaşlı yapon hücumçu ilə 30 iyun 2030-cu ilə qədər müqavilə imzalanıb. O, yeni klubunda 7 nömrəli formanı geyinəcək.
Müqavilənin maliyyə təfərrüatları açıqlanmayıb. Alman klubu oyunçunun 10 milyon avro dəyərində olan sərbəst qalma bəndini aktivləşdirib.
Qeyd edək ki, Şioqay 2024-cü ilin yayında NEK-ə azad agent kimi qoşulub. O, klubun heyətində bütün yarışlarda 42 oyuna çıxıb, 14 qol vurub və 1 məhsuldar ötürmə edib.












