26 Yanvar 2026, 11:33
FUTBOL
"Roma" Konstantinos Tsimikasın icarə müqaviləsinin vaxtından əvvəl başa çatdırılması ilə bağlı razılığa gəlib.
Matc.az xəbər verir ki, yunanıstanlı futbolçu İtaliya təmsilçisini tərk edərək gələn həftə "Liverpul"a qayıdacaq. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Tsimikas ötən yay icarə əsasında "Roma"ya qoşulsa da, əsas heyətdə möhkəmlənə bilməyib. 29 yaşlı sol cinah müdafiəçisi cəmi 4 oyuna start heyətində çıxıb, 7 matçda isə sonradan oyuna girib.
Yunanıstan millisinin üzvü "Roma"dakı çıxışını planlaşdırılandan daha tez başa vuraraq "Liverpul"un düşərgəsinə qayıdacaq.


_1769431508.jpg)



_1769425686.jpg)





