“Turan Tovuz”un futbolçusu Rəhim Sadıxov Azərbaycan çempionatlarının yüksək dəstəsində 30-cu qolunu vurub.

“Turan Tovuz”un futbolçusu Rəhim Sadıxov Azərbaycan çempionatlarının yüksək dəstəsində 30-cu qolunu vurub.

Matc.az xəbər verir ki, onun yubileyi Misli Premyer Liqasının XVII turuna təsadüf edib.

Sadıxov “Sumqayıt”la ev oyununda qələbə topunun müəllifi olub. O, 30-cu qolunu 185-ci matçında vurub. Yarımmüdafiəçi “Sumqayıt”da 17, “Zirə”də 10, “Turan Tovuz”da 3 dəfə fərqlənib.

Rəhim çempionatın tarixində yüksək liqada 30 və daha çox qol vuran 104-cü oyunçudur. O, eyni sayda fərqlənən Kamal Quliyev, Ceyhun Sultanov, Orxan Əliyev və Valter Quqlemonla 100-cü yerə şərikdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest