Moskva "Dinamo"sundan ayrılan yarımmüdafiəçi Denis Makarov azad agent kimi Türkiyənin "Kayserispor" klubuna keçib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə klubunun mətbuat xidməti yayıb.

Bildirilir ki, tərəflər arasında müqavilə cari mövsümün sonuna qədər nəzərdə tutulub.

Makarov bu mövsüm Moskva klubunda 12 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Qeyd edək ki, "Kayserispor" Türkiyə Superliqasında 19 turunda 15 xal toplayaraq 17-ci yerdə qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest