"Bavariya" Harri Keynlə müqavilənin uzadılması ilə bağlı birbaşa danışıqlara başlayıb.

Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

Münhen klubu ingiltərəli forvardın sözləşməsinin müddətini 2028 və ya 2029-cu ilin yayına kimi uzatmağı planlaşdırır. 32 yaşlı forvard özü də Almaniya təmsilçisində qalmağa isti yanaşır.

Qeyd edək ki, Harri Keyn bu mövsüm "Bavariya"nın heyətində keçirdiyi 30 oyunda 34 qol vurub, 4 qol ötürməsi edib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin 30 oyun tarixinə kimi nəzərdə tutulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest