27 Yanvar 2026, 21:23
FUTBOL
Rumıniyada magistral yolda uğursuz ötmə manevri zamanı Yunanıstan klubunun azarkeşlərini daşıyan mikroavtobus yük maşını ilə toqquşub.
Matc.az xəbər verir ki, bu barədə "Skai" məlumat yayıb.
Toqquşma nəticəsində PAOK azarkeşlərini daşıyan nəqliyyat vasitəsi yolun kənarına aşıb. Dəhşətli qəza 7 nəfərin həyatına son qoyub. Daha 3 azarkeş müxtəlif dərəcəli xəsarətlər alıb.
Xoşbəxtlikdən, spirt daşıyan yük maşını toqquşmadan sonra partlamayıb. Bu, daha çox ölümə səbəb ola bilərdi.
Qeyd etmək lazımdır ki, PAOK azarkeşləri komandalarının 29 yanvarda keçiriləcək Avropa Liqasında Liqa mərhələsinin 8-ci turunda "Lion"la səfər oyunu üçün Rumıniyadan Fransaya gedirdilər.












