28 Yanvar 2026, 10:54
FUTBOL
I Liqada mübarizə aparan "Baku Sportinq" heyətini iki futbolçu ilə gücləndirib.
Matc.az xəbər verir ki, Fərid Nadirovu rənglərinə bağlayıb. 26 yaşlı müdafiəçi ilə mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb. Onun son klubu "Şimal" olub.
"Baku Sportinq"in digər transferi isə Jon Anaademdir. Paytaxt təmsilçisi 18 yaşlı qanalı futbolçu ilə 3 illik sözləşmə imzalayıb. Gənc oyunçu son olaraq ölkəsinin "Aşqold" klubunun formasını geyinib.
Qeyd edək ki, "Baku Sportinq" I Liqada 12 turdan sonra 25 xal toplayıb və turnir cədvəlinin II pilləsində qərarlaşıb.












