"Qalatasaray"ın cinah yarımmüdafiəçisi Leroy Sane zədələnib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.

Bildirilir ki, almaniyalı futbolçunun Çempionlar Liqasının "Mançester Siti" ilə qarşılaşmasında sağ ayağı burxulub.

Acıbadem xəstəxanasında aparılan müayinələrdən sonra Leroy Saneyə sağ topuğunun yan bağlarında və oynaq kapsulasında yırtılma və qanaxma diaqnozu qoyulub.

Zədəsinin ciddi olduğu bildirilən 30 yaşlı futbolçu 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, bu mövsü Sane Türkiyə Superliqasında 18 oyunda meydana çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə edib. Çempionlar Liqasında isə 7 qarşılaşmda 2 məhsuldar ötürmə ilə yadda qalıb.

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest