"Fasilədən sonrakı əvəzləmə ilə baş məşqçi doğru addımı atdı. Kareka komandanın oyununu canlandırdı. O, oyunu üzərinə götürməkdən qorxmadı, topu özündə saxladı və məhsuldar ötürmə verdi".

"Bakıdakı qələbə çox vacib idi. Nəhayət ki, Poltava klubu Ukraynanın aktivinə xal yazdırdı". Matç.az saytının məlumatına görə, bunu "Vorskla"nın sabiq futbolçusu İvan Krivoşenko deyib.

Ukrayna mətbuatına açıqlama verən 34 yaşlı keçmiş yarımmüdafiəçi "Vorskla"nın Avropa Liqasının qrup mərhələsində "Qarabağ" üzərində qələbəsini (1:0) dəyərləndirib. O, birinci hissədəki oyuna görə, Ukrayna təmsilçisini tənqid edib: "Azərbaycandakı görüşün nəticəsi Poltava klubunda yalnız sevinc yaratdı. "Vorskla", nəhayət ki, Avropa Liqasının qrup mərhələsində ilk qələbəsini qazandı. Ancaq "Qarabağ"la qarşılaşma baş məşqçi Vasili Saçkonun önünə suallar çıxardı. İlk hissəyə baxanda elə təəssürat yaranırdı ki, "Vorskla" sanki Avropanın ən güclü komandasına qarşı oynayırdı. çünki ancaq müdafiə olunurdu. İlk hissədən sonra nəticə ilə bağlı böyük narahatlıq var idi. Qapıya tərəf bir zərbə də vurulmamışdı. üstəlik, rəqib heç də "Vorskla"dan yüksək səviyyədə olmaya-olmaya. Komanda niyə belə dərin müdafiə olunurdu? Düşünürəm ki, bu hissə "Vorskla"nın son illər ən zəif oyunu idi. Belə futbol izləmək istəmirik".

Krivoşenko fasilədən sonrakı əvəzləmənin poltavalıları xilas etdiyini düşünür: "Fasilədən sonrakı əvəzləmə ilə baş məşqçi doğru addımı atdı. Kareka komandanın oyununu canlandırdı. O, oyunu üzərinə götürməkdən qorxmadı, topu özündə saxladı və məhsuldar ötürmə verdi. Qol epizodunda Kulaçın zərbəsi yaxşı olmasına baxmayaraq, qapıçının səhvi böyük rol oynadı. Ancaq ertiraf edim ki, oyunun ədalətli nəticəsi heç-heçə olardı. İnanmaq istəyirəm ki, "Vorskla"nın inamsız oyunu komandanın qələbə qazanmaq arzusundan və səhv etmək qorxusundan qaynaqlanırdı".

2011-2014-cü illərdə "Vorskla"nın formasını geyinmiş Ukrayanın gənclər millisinin sabiq üzvü artıq növbəti mərhələ şansının yarandığını söyləyib: "Arsenal"ın "Sportinq"i səfərdə məğlub etməsi əlavə şans yaratdı. İndi qrupda istədiyin mövqedə qərarlaşmaq üçün cəmi 1 qələbə lazımdı. "Sportinq"lə mübarizə aparmaq olar. çünki Poltavada qələbə qazanmalarına baxmayaraq, onları məğlubedilməz saymıram. Sadəcə, özünə güvənmək lazımdı. "Qarabağ" üzərində psixoloji qələbə futbolçuları rahatladacaq. Əvvəl "Vorskla"nın uğursuz çıxışı maliyyə problemi ilə əlaqələndirilirdisə, indi belə bir əngəl də qalmayıb".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest